Nəsimi rayonunda “Zəfər günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Nəsimi rayonu R.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə, A.Abdullayev adına 211 nömrəli tam orta məktəbdə və H.Sarabski adına 7 nömrəli Musiqi məktəbində “Zəfər günü”nə həsr olunmuş tədbirlər keçirilib. Keçirilən tədbirlərdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, müharibə əlilləri, veteranları, rayonun ümümtəhsil müəssisələrinin rəhbərləri və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olundu. Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, yüksək diqqət və qayğı göstərilir.
Sonra məktəb şagirdləri tərəfindən şerlər, mahnılar və kompazisiyalar tədbir iştirakçılarında xoş ovqat yaşatdı.






