Nəsimi rayonunda “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətinin və Azərbaycan Dillər Universitetinin təşkilatçılığı ilə “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Universitetin professor-müəllim heyəti, şəhid ailələri, müharibə əlilləri və tələbələr iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Universitetin Filologiya fakültəsinin dekanı professor Həmidə Əliyeva və Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Aynur Sabitova açılış nitqi ilə çıxış edərək, zəfər tarixinin əhəmiyyəti barədə çıxış edərək bildirdilər ki, bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Prezident İlham Əliyevin apardığı ardıcıl siyasət nəticəsində ordumuza daima yüksək səviyədə diqqət və qayğı göstərilir.
Digər çıxış edənlər -Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və müharibə əlilləri 44 günlük müharibə nəticəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun torpaqlarımızı düşmən tapdağından azad edərək ərazi bütövlüyümüzü bərpa etdiklərini bildirdilər.
Şəhid ailələri dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiyini, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirib.