Nəsimi rayonunda “Zəfər günü”nə həsr olunmuş tədbir keçirilib.
Nəsimi rayonu R.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə “Zəfər günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, müharibə əlilləri, veteranları, rayonun ümümtəhsil müəssisələrinin rəhbərləri və şagirdlər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Azərbaycanın bötüvlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Jalə Hacıyeva açaraq tədbirin əhəmiyyətindən danışdı.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti başçının birinci müavini Gülarə Verdiyeva qeyd etdi ki, bu gün Müstəqil ölkəmiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olundu. Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, yüksək diqqət və qayğı göstərilir.
Sonra məktəbin şagirdləri tərəfindən şerlər, mahnılar və kompazisiyalar tədbir iştirakçılarında xoş ovqat yaşatdı.
Sonda xatirə şəkli çəkildi.