Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Zəfər tarixi” adlı konfrans keçirilib.

03 noyabr 2022 | 07:20

Nəsimi rayonu Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbdə “Zəfər tarixi” adlı konfrans keçirilib. Konfransda Nəsimi Rayonu İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri üzrə sektor müdiri Günay Qurbanova, Şəhid Abdulla Rəhimovun ailə üzvləri- Bayram Rəhimov, Sevinc Rəhimova, Vətən müharibəsi şəhidi Ruslan Cəfərovun anası Alimə Cəfərova, Nəsimi rayonu Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin Nəsimi rayon şöbəsinin sədri  Azər Quliyev,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin rəis  müavini mayor Bəhruz Hüseynov, polkovnik Vüqar Hacıyev, AMEA-nın A.A.Bakıxanov adına Tarix institutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Yaqut Əmirli iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndi.

Konfransda məktəbin IX sinif şagirdləri Vətən müharibəsinin şanlı tarixinə aid məruzələrlə çıxışlar etdilər.

Sonra “Vətəni sevəcək və qoruyacaq, Vətən uğrunda şəhid olan igid oğullarımızı unutmayacağıq!”-and içmə mərasimi keçirilib.

Konfrans iştirakçıları tərəfindən “Zəfər tarixi” kursunun şagirdlərinə  tövsiyələr verilib.

Konfransın sonunda Məruzəçi şagirdlər diplomlarla təltif olunub və xatirə şəkilləri çəkilib.

 

Keçidlər