Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə “Bir həyat hekayəsi” adlı konfrans keçirilib.

04 may 2023 | 10:24

Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olmuşdur. Tibb və oftalmologiya sahəsində böyük töhfə və xidmətlərinə görə Zərifə Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır. Elmi fəaliyyəti ilə yanaşı Zərifə Əliyeva eyni zamanda qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı olmuşdur.

Nəsimi rayonunda Zərifə Əliyevanın 100 illik  yubileyi münasibətilə “Bir həyat hekayəsi” adlı konfrans keçirilib.

Konfransda Azərbaycan Elm və Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin baş məsləhətçisi Maral Salmanova, Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və  humanitar məsələlər şöbəsinin əməkdaşı Sərxan Məmmədov, Nərimanov rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Nicat Məmmədov, Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları Gülsən Şıxlarova və Mətanət Zeynalova  Birinci Qarabağ müharibəsi iştirakçısı, Silahlı Qüvvələr veteranı, ehtiyatda olan polkovnik-leytenant, Respublikanın Əməkdar Mədəniyyət işçisi, bədii qiraətçi Zöhrab İmanquliyev  iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı, vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransı giriş sözü ilə açan mərkəzin tədris-işləri üzrə direktor müavini Sevda Cəlilova qonaqları salamlayaraq, Zərifə Əliyevanın Azərbaycan tibb elmində əvəzsiz xidmətlərindən danışıb.

Konfrans zamanı Ümummilli Lider Heydər Əliyev və Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. Mərkəzin dərnək üzvləri Heydər Əliyevın kəlamlarını səsləndirdilər, Zərifə Əliyevaya həsr olunmuş esselər və poetik çixişlar etdilər.

Mərkəzin ”Xalq çalğı alətləri ansamblı”nın ifasında bir-birindən gözəl  mahnılar ifa olundu, “Zirvə” rəqs ansamblının  rəngarəng rəqsləri iştirakçılar tərəfindən maraqla qarşılandı.

Tədbirin sonunda mərkəzin direktoru Elza Orucova qonaqlara öz dərin təşəkkürünü bildirdi.

Keçidlər