Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunun ictimai həyatında və kütləvi informasiya vasitələrində fərqlənən bir qrup gəncələrlə görüş.

28 dekabr 2022 | 11:30

Nəsimi rayonu 35 nömrəli tam orta məktəbdə il ərzində Nəsimi rayonunun ictimai həyatında fərqlənən bir qrup gəncin təltifolunma mərasimi keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, rayon Bələdiyyəsinin sədri Əziz Zeynalov, rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, RİH-nin sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, və gənclər iştirak edib.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirmişdir ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu gün Azərbaycan gəncləri ictimai həyatın bütün sferalarında öz aktivliyi ilə seçilir. 

Gənclərin yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaları respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Bu gün kreativ düşüncə tərzi ilə seçilən Azərbaycan gəncləri ölkədə yaradılan əlverişli mühitdən maksimum dərəcədə bəhrələnərək böyük fəallıq nümayiş etdirir və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, iqtisadi qüdrətinin artmasına, beynəlxalq nüfuzunun daha da yüksəlməsinə öz layiqli töhfələrini verirlər. Qeyd etmək istəyirəm ki, Nəsimi rayon gəncləri də hər zaman ölkəmizin daha da çiçəklənməsinə öz layiqli töhfələrini vermək üçün bütün qüvvə və bacarıqlarını sərf edirlər.

Sonra Nəsimi rayonunun ictimai həyatında və kütləvi informasiya vasitələrində fərqlənən bir qrup gəncə fəxri fərmanlar təqdim olunub.

Keçidlər