Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunun ümumtəhsil müəsisələrində “Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir.

16 noyabr 2022 | 11:01

Ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar uğurla həyata keçirilir. “Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.

Nəsimi rayonunda “Uşaq hüquqları aylığı”  çərçivəsində Nəsimi rayonu N.Məmmədov adına 9 sayılı tam orta məktəbdə “Sən öz hüquqlarını bilirsənmi?” mövzusunda tədbir keçirilib. Tədbirdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə və uşaq hüquqları sahəsində mövcud olan beynəlxalq və ölkədaxili normativ hüquqi aktlar, BMT-nin adı çəkilən konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş uşaqların hüquqları və vəzifələri, həmin hüquqların müdafiəsi mexanimzləri barədə ətraflı məlumat vermişdir. Sonra tədbir iştirakçıları şagirdlərin uşaq hüquqlarına aid inşa yazıları ilə tanış olublar.

Aylıq çərçivəsində 14 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları uşaqların gözündə” adlı təbliğat tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin rəsm işlərinə tamaşa edib. Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılmış və onlara hüquqları barədə müvafiq hüquqi yardımlar edilib.

“Uşaq hüquqları aylığı”nın davamı olaraq M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə “ Uşaqların hüquq və vəzifələri” adlı tədbir keçirilib. Sinif otağında keçirilən tədbirdə şagirdlər öz hüquqları barədə tədbir iştirakçılarına məlumat verdilər. Bildirdilər ki, uşaqların müdafiəsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir və Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində daim güclənən sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır.  Tədbirin sonunda şagirdlərin ifasında “Səfillər” əsərindən bir hissə səhnəcik göstərilmiş və “Dostluq himni” mahnısı xor ifa olunmuşdur.

Eyni zamanda Nəsimi rayonu 35 nömrəli tam orta məktəbdə  “Uşaq hüquqları aylığı” çərçivəsində  “Bizim hüquqlarımız” adlı dəyirmi masa keçirilib. Maarifləndirmə məqsədi daşıyan tədbirdə İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin və respublikamızda “Uşaq Hüquqları aylığı” elan edildiyini, aylığın keçirilməsində məqsədin uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması olduğunu, ölkəmizdə sosial sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinin uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli olunduğu qeyd edilmişdir. Sonra şagirdlər Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış uşaq hüquqları ilə bağlı slaydla tanış olmuşlar. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Silsilə tədbirlərin davamı olaraq  S.Poladi adına 159 nömrəli tam orta məktəbdə “Bizim hüquqlarımız” adlı tədbir keçirilib.  Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində daim güclənən sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında qanununa əsasən uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin edirlər. Uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir. Cəmiyyətin həssas üzvü olan uşaqların xüsusi müdafiəyə ehtiyacı var. Bu baxımdan hər kəs onların hüquqlarının və maraqlarının qorunmasını təmin etməli, uşaqlara qayğısını əsirgəməməlidir. Tədbirin sonunda şagirdlər uşaq hüquqlarına aid əvvəlcədən hazırlanmış eskiz şəkilləri boyayıblar. “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər davam etdirilir.

Keçidlər