Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunun ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirildi.

14 iyun 2024 | 10:30

Nəsimi rayonunun bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri  təntənəli şəkildə qeyd olundu. Bununla əlaqədar məktəblərdə şagirdlər və pedaqoji kollektivlər tərəfindən hazırlıq işləri aparılmış, onlar bilik bayramının yüksək səviyyədə keçirilməsi, məzunların  yaddaşlarında uzun illər ərzində qalması üçün əllərindən gələni etmişlər.

Nəsimi rayonunun ümumtəhsil müəssisələrində 30.623 şagird təhsil alır. Bunlardan 2700 nəfər 9-cu sinfi bitirib. 1847 nəfər isə 11- ci sinfi bitirir. Gələn il üçün 2500 nəfər 1-ci sinfə qəbulu gözlənilir. Bütün bu şagirdlərin təlim-tərbiyəsi ilə 2324 müəllim məşgul olur.

Keçirilən tədbirlərdə məktəblərin müəllim və şagird kollektivləri, valideynlər, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak etdi. “Son zəng” tədbirlərində  müəllimlər, valideynlər, qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar. Məktəblərin “Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etdi.

Keçidlər