Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunun ümumtəhsil müəssisələrində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam edir.

26 aprel 2024 | 11:10

Nəsimi rayon İcra Hakimiyətinin təşkilatçılığı ilə S.Poladi adına 159 nömrəli tam orta məktəbdə “Yaşıl dünya həmrəylik ili” çərçivəsində “Dünyamızı qoruyaq” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib. Əvvəlcə tədbir iştirakçıları şagirdlərin əl işlərindən hazırlanmış sərgi ilə tanış olub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Gülşən Novruzova açaraq tədbir iştirakçılarını salamlamış və tədbirin əhəmiyyəti barədə məlumat verib. Tədbirdə bildirdi ki,  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP 29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar çox mühüm tarixi hadisədir. Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyük qələbələrindən biridir. Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimadın və inamın növbəti bariz nümunəsidir. Möhtərəm Prezidentimiz tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nin elan olunması isə ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verəcəkdir. Bütün respublikamızda olduğu kimi Nəsimi rayonunda da yaşıllaşdırma, ətraf mühitin mühafizəsi artıq kütləvi davamlı prosesə, vətəndaş vərdişinə çevrilmişdir.

Tədbirdə şagirdlərin iştirakı ilə nağıl qəhrəmanlarının dili ilə havanın çırklənməsinin qarşısının alınmasından , ekoloji tarazlığın qorunması istiqamətində görülən işlərdən və yaşıllığın qorunması barədə səhnəciklər göstərmişlər.

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İlyas Əfəndiyev adına Elitar Gimnaziyada  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl Həyat” adlı  tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji işçiləri, valideynlər və şagirdlər iştirak edib. Əvvəlcə tədbir iştirakçıları şagirdlərin əl işləri ilə tanış olub. Tədbiri giriş sözü ilə açan gimnaziyanın direktoru Səadət Cavandarova qonaqları salamlayaraq tədbirn əhəmiyyəti barədə məlumat verdi. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki,  Prezident İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı rayonda müvafiq tədbirlər planı hazırlanmış və plana əsasən rayonda yaşıllıqların salınması və bununla bağlı ümumtəhsil müəssisələrində maarifləndirmə işləri aparılaraq silsilə tədbirlər təşkil olunur. Bu yönlü tədbirlər ilin sonunadək davam etdiriləcək.

Daha sonra mövzu ətrafında şagirdlər arasında diskussiyalar aparılıb.

Keçidlər