Nəsimi rayonununda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş voleybol idman növü üzrə məhəllələrarası turnirin rayon mərhələsi keçirilib.
05 may 2025 | 09:56
Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhər Gənclər və İdman İdarəsinin və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş voleybol idman növü üzrə məhəllələrarası turnirin Nəsimi rayon mərhələsi keçirilmişdir.
Tədbirdə Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhər Gənclər və İdman İdarəsinin və Regional İnkişaf İctimai Birliyinin məsul əməkdaşları, Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun ümumtəhsil müəssiəslərinin şagirdlərindən ibarərət komandalar iştirak etmişdir.
Turnirdə ümumilikdə 10 komanda iştirak etmişdir.
Yarışın qalibləri sertifikatlarla təltif olunmuşdur.