Nəsimi RİH başçısı ərazidə sakinlərlə görüşdü.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, rayon ərazisində olarkən sakinləri narahat edən məsələlərlə maraqlanmış, aparılan əsaslı təmir işləri ilə tanış olmuş, onların müraciətlərini dinləmişdir
Görüş zamanı bildirilmişdir ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri uğurla həyata keçirilir.
Hazırda Alı Mustafayev küçəsi 41 saylı ünvanda abad həyət layihəsi çərçivəsində başlanmış abadlıq, quruculuq, yenidənqurma işləri yekinlaşıb, yaxın zamanda sakinlərin istifadəsinə veriləcəkdir. Rayonda aparılan abadlıq-quruculuq İşlərinin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılır.
Görüş zamanı sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verildi.