Nəsimi RİH başçısı növbəti səyyar qəbul keçirdi.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmiş, sakinlərin müraciətləri dinlənilmişdir. 1-ci mikrorayon, o cümlədən A.Məhərrəmov küçəsi, Moskva pr. ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.
Sakinlərdən Qulamova Tamilla, Süleymanov Təşkilat, Rzayev Əfqan, Süleymanov Həmid, Əliyev Oruc, Əzizov Teyyub və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, dam örtüyünün və zirzəmi sahələrinin təmiri, asfalt örtüyünün bərpası, işıqlandırma barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.