Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi RİH başçısı səyyar qəbul keçirdi

03 iyun 2024 | 11:33

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir.

Ceyhun Səlimov, Azər Əliyev küçələri əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.

Sakinlərdən  Orucov Elman, Məmmədova Mehparə, Səfərov Balabəy, Hüseynova Xuraman, Musayeva Nəsibə, Xanbabayev Tofiq, Xasiyev Əminə, Qasımov İsa və  digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən ağacların budanması, liftin təmiri, həyətin abadlaşdırılması, binanın fasadının təmiri, həyətdəki tikilinin sakinlərin ümumi istifadəsinə verilməsi, iaşə obyektinin fəaliyyəti, həyətdəki yaşıllıqlara qulluq göstərilməsi, yaxınlıqda orta təhsil və məktəbəqədər müəssisənin tikilməsinə ehtiyac olması, şəxsi avtomobillər üçün əlavə dayanacaq yerlərinin təşkil edilməsi, suyun fasilələrlə verilməsi barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.

Qəbulda Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən çoxşaxəli işlər qeyd edilmişdir. Rayon ərazisində görülən işlər, 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər  barədə ətraflı məlumatlar verilmişdir. 

Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər