Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi RİH başçısı səyyar qəbul keçirdi

05 aprel 2024 | 12:43

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir.  Mirəli Qaşqay, Salatın Əsgərova, Ənvər Qasımzadə, Ağadadaş Qurbanov, Sahib Zeynalov küçələri əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.

Sakinlərdən  Tahirov Rəfail, Əsədov Zaur, Qurbanov Yusif, Əliyev Arzu, Əsgərova Evelina, Ağazadə Tatyana, Abbasov Cəmil, Mehdiyev Asif, Mürsəliyeva Sədaqət, Həsənova Gülarə, Cəfərov Sədi və  digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın təmiri, binaya giriş qapılarının təmiri, həyətin işıqlandırılması, həyətə mühafizə kamerasının quraşdırılması, liftin təmiri, pilləkənlərin təmiri, ağacların budanması, həyətin asfalt örtüyünün təmiri, tikinti ərazisində işlərin sürətləndirilməsi, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və  köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, mənzil növbəsinə götürülmə  barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.

Qəbulda Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən çoxşaxəli işlər qeyd edilmişdir. Rayon ərazisində görülən işlər, 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər  barədə ətraflı məlumatlar verilmişdir. 

Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin, bələdiyyənin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər