Nəsimi RİH başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir. Azadlıq prospekti, N.B.Vəzirov, Süleyman Rüstəm, İmran Qasımov, Eldar Tağızadə, Kaveroçkin, Natiq Şahbazov, Sahib Zeynalov küçələri əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.
Sakinlərdən Abdullayev Rahib, Ələsgərova Ziyafət, Mirzəyeva Gülnarə, Qəhrəmanova Kəmalə, Bağırova Günel, Tağıyeva Nərminə, Rəhimov Tural, Baxşıyeva Günay, Vəliyev Rüfət, Baxışova Səbinə, Həsənova Gülnar, Məmmədova Validə və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən su kanalizasiya xəttinin təmiri, ağacların budanması və quru ağacların götürülməsi, keçidin işıqlandırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, sökülməsi nəzərdə tutulan ünvanlar barədə məlumat verilməsi, kimyəvi təmizləmə obyektinin fəaliyyəti, binanın fasadının təmiri, həyətdə kənar avtomobillərin park edilməsi barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.
Qəbulda Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən çoxşaxəli işlər qeyd edilmişdir.
Rayon ərazisində görülən işlər, 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilmişdir.
Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.