Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi RİH başçısı səyyar qəbul keçirdi

06 mart 2024 | 10:48

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir. İmran Qasımov, Səməd Vurğun, Ak.Topçubaşov,  Abbas Səhhət, Ceyhun Səlimov, Rəşid Behbudov, Sahib Zeynalov, Feyzulla Qasımzadə küçələrinin, Azadlıq prospekti əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.

Sakinlərdən  Quliyeva Məhluqə, Bayramova Pəri, Orucov Elmar, Qəhrəmanova Rəxşəndə, Rzayev İsmayıl, Qəmbərova Güldanə, Həsənova Zeynəb, İsazadə Tural. Səfərova Nəzakət digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən dam örtüyünün təmiri, kanalizasiya xəttinin təmiri, ağacların budanması, həyətin asfalt örtüyünün təmiri, tikinti ərazisində işlərin sürətləndirilməsi, binanın fasadının təmiri, mənzilin sənədləşməsi, həyətin abadlaşdırılması,  məişət tullantıları konteynerlərinin yerinin dəyişdirilməsi, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və  köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi  barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.

Qəbulda Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən çoxşaxəli işlər qeyd edilmişdir.

Rayon ərazisində görülən işlər, 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər  barədə ətraflı məlumatlar verilmişdir. 

Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

 

Keçidlər