Nəsimi RİH başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir.
Səyyar qəbulda Bülbül prospekti, Dilarə Əliyeva, Mirzə İbrahimov, Əlövsət Quliyev, Şamil Əzizbəyov, 28 May, Rəşid Behbudov küçələri əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş iştirak etmişlər.
Sakinlərdən Səmədova Valya, Quliyev Həsən, Əhmədova Yeganə, Həşimov Hacı, Əliyev Müseyib, Allahverdiyrva Nilufər, Məmmədov Ceyhun, İbrahimova Sevinc, Mahmudov Mürşüd və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən asfalt örtüyünün təmiri, həyətin təmiri, eyvanın təmiri, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, binanın fasadının təmiri, səkinin təmiri, məişət tullantıları konteynerlərinin yerinin dəyişdirilməsi, pilləkənlərin təmir olunması, binaya lift quraşdırılması, binaya girişlərin təmiri, sanitar-dezinfeksiya işlərinin aparılması barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.
Sakinlərdən Şahnigar Yusifova və digərləri Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq, əhalinin rifahının daha da yüksəlməsi istiqamətində həyata keçirilən çoxşaxəli işləri qeyd edərək dərin minnətdarlıqlarını bildirmişlər.
Qəbulun gedişində rayon ərazisində görülən işlər, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər barədə sakinlərə ətraflı məlumatlar verilmişdir.
Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.