Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi RİH başçısı səyyar qəbul keçirdi

08 avqust 2023 | 11:00

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir.  Süleyman Rüstəm, Ənvər Qasımzadə, Ak.M.Mirqasımov, Şövqüyar Abdullayev, Ağadadaş Qurbanov, Salatın Əsgərova, İbrahim Əbilov, Nəsibbəy Yusifbəyli küçələri əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.

Sakinlərdən Muğalova Aygün, Həmzəyeva Qətibə, İsayeva İnnab, İbrahimov Marat, Quliyeva İncibəyim, Həsənova Sevda, Talıbova Təranə, Məmmədov Zahid, Orucov Samir, Abdulsalamova Təranə və  digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən suyun fasilələrlə verilməsi, şirkət tərəfindən kirayə haqqının verilməsi, binanın fasad daşlarının təmir-bərpası, tüstü bacalarının təmizlənməsi, köhnə evlərdən ibarət yaşadıqları məhəllənin söküntü planına salınması, məhəllənin abadlaşdırılması,  istilik xətlərinin təmiri barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmış, “Heydər Əliyev İli” ilə əlaqədar çoxşaxəli Tədbirlər Planının həyata keçirilməsi barədə qəbul zamanı məlumatlar verilmişdir.

Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər