Nəsimi RİH başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir.
Səyyar qəbulda Bülbül prospekti, Şəmsi Bədəlbəyli, Əlövsət Quliyev, Puşkin, Mərdanov qardaşları, Dilarə Əliyeva, Şamil Əzizbəyov, Süleyman Rəhimov küçələrinin əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş iştirak etmişlər.
Sakinlərdən Əliyev Həmid, Həsənov Əflan, Tağıyev Şahvələd, İbrahimova Sevinc, Həsənova Aygün, Rzayev Şahmar, Əzizov Bəşir, Allahvrdiyev Coşqun və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən su və kanalizasiya xəttinin təmiri, asfalt örtüyünün təmiri, qurumuş ağacın götürülməsi, eyvanın təmiri, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, binanın təmiri, məişət tullantıları barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq, əhalinin rifahının daha da yüksəlməsi istiqamətində həyata keçirilən çoxşaxəli işlər qeyd edilərək rayon ərazisində görülən işlər, 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilmişdir.
Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.