Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi RİH başçısı səyyar qəbul keçirdi

15 mart 2024 | 12:30

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir. Cavadxan,  Hüseyn Seyidzadə, MirCəlal, Hüseynbala Əliyev, 20 Yanar, Namiq Məlikov, Asif Məhərrəmov, Məmmədcəfər Cəfərov küçələrinin, Moskva prospekti əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.

Sakinlərdən  Lətifov İntiqam, Həsənova Aysel, Həsənov Ənvər, Mustafayev Balaş, Cəbiyev Elçin, Niftəliyev Yavər, ələkbərov Salman, Qafarov Azad, Xudaverdiyeva Səbinə, Rəhimov Təbib, Məmmədova Lalə, Əhmədova Turanə, Süleymanova Həbibə, Kahayeva Zümrüd və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən dam örtüyünün təmiri, kanalizasiya xəttinin təmiri, piyada səkisinin təmiri, binanın fasadının təmiri, həyətin abadlaşdırılması,  təhlükəli vəziyyətdə olan ağac, kanalizasiya xəttinin təmiri, parkda idman qurğularının təmiri, su xəttinin yenidənqurulması, həyətdə avtomobillərin saxlanması üçün geniş yer ayrılması, binanın giriş qapısının təmiri, navalçaların təmiri barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.

Qəbulda Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən çoxşaxəli işlər qeyd edilmişdir.

Rayon ərazisində görülən işlər, 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər  barədə ətraflı məlumatlar verilmişdir. 

Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər