Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi RİH başçısı səyyar qəbul keçirdi

16 fevral 2024 | 10:04

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir. Azadlıq prospekti, Ruhulla Axundov, Süleyman Rüstəm, Ak.Mirqasımov, Salatın Əsgərova, Namiq Məlikov, Abbas Səhhət, Alı Mustafayev küçələri əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.

Sakinlərdən  Şahbalayev Hüseyn, Allahverdiyeva Sahilə, Bədəlov Rəşad, Məmmədov Eldar, Rüstəmov Cümşüd,  Ağayeva Şamama, Əliyev Şahmirzə, Şirinova Tahirə, Cəfərov Sədi, Məmmədova Sevinc və  digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən dam örtüyünün təmiri, kanalizasiya xəttinin təmiri, parkın ərazisində oturacaqların təmiri, küçənin işıqlandırılması, ağacların budanması, həyətin asfalt örtüyünün təmiri, tikinti ərazisində işlərin sürətləndirilməsi, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və  köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi  barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.

Qəbulda Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən çoxşaxəli işlər qeyd edilmişdir.

Rayon ərazisində görülən işlər, 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər  barədə ətraflı məlumatlar verilmişdir. 

Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər