Nəsimi RİH başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir. BülBül prospekti, Nizami, Dilarə Əliyeva, 28 May, Şamil Əzizbəyov, Ağadadaş Qurbanov, Bəşir Səfəroğlu, Rəsul Rza, Süleyman Rəhimov küçələri əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.
Sakinlərdən Səmədova Pərvanə, Mövsümova Kifayət, Məmmədova Tamilla, Mirzəyev Rafiq, Şahmalı Rəşadət, Rəsulova Həbibə, Mütəllimov Oruc, Ağayev Adil və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən dam örtüyünün təmiri, mənzilin və qeyri-yaşayış sahəsinin sənədləşdirilməsi, ağacların budanması və götürülməsi, məhəllənin abadlaşdırılması, sakinlər arasında məişət zəminində mübahisə, kanalizasiya xəttinin təmiri, iş ilə təmin barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.
“Heydər Əliyev İli” ilə əlaqədar çoxşaxəli Tədbirlər Planının həyata keçirilməsi barədə qəbul zamanı məlumatlar verilmiş, Ümummilli liderin 100 illiyi münasibətilə ölkəmizin hər yerində olduğu kimi Nəsimi rayonunda da genişmiqyaslı tədbirlərin keçirildiyi qeyd olundu.
Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.