Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi RİH başçısı səyyar qəbul keçirdi

18 iyul 2023 | 10:35

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir.  Nizami, 28 May, Dilarə Əliyeva, Şamil Əzizbəyov küçələri, Bülbül prospekti küçələri əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.

Sakinlərdən  Əfəndiyeva Rəna, Mailova Əsibə, Şəfiyev Kamran, İmanov Məmməd, İsmayılova Ruqiyyə, SamirTağı Yunis oğlu, Ağayev Adil, İsgəndərova Zərifə, Yusifova Şahnigar, Cəfərova Natəvan və  digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən qurumuş ağacların kəsilməsi və yerinə ağaclar əkilməsi, dam örtüyünün təmiri, pilləkən sahəsinin təmiri, eyvanların təmiri, kanalizasiya xəttinin təmiri, köhnə evlərdən ibarət yaşadıqları məhəllənin söküntü planına salınması, blokun girişinin döşəməsinin təmiri, asfalt   örtüyünün təmiri, su xəttinə siyirtmə qoyulması barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmış, “Heydər Əliyev İli” ilə əlaqədar çoxşaxəli Tədbirlər Planının həyata keçirilməsi barədə qəbul zamanı məlumatlar verilmişdir.

Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər