Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi RİH başçısı səyyar qəbulda sakinlərin müraciətlərini dinlədi

02 iyun 2023 | 10:05

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir.  Azadlıq prospekti, Rəsul Rza, Nizami, Dilarə Əliyeva,  28 May,  Şamil Əzizbəyov, Mirzə İbrahimov, Balababa Məcidov, Salatın Əsgərova küçələri əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.

Sakinlərdən  Hacıyev Sabir, Uğurov Uğur, İsmayılov Mamed, Alışova Nazənin, Mehtiyev Anar, Zeynalova Sədaqət, Musayeva Zülfiyyə, Əzizov Bəşir, Yusubova Solmaz, Əhlimanova Zümrüd və  digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən qəzalı bina il bağlı tədbir görülməsi, həyətin abadlaşdırılması, tikinti şirkətinə ayrılmış  ərazidə iş aparılmaması, binanın təmiri və həyətin abadlaşdırılması, məişət tullantıları üçün qabların qoyulması, ağacların budanması və götürülməsi, qəyyumluq barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.

“Heydər Əliyev İli” ilə əlaqədar çoxşaxəli Tədbirlər Planının həyata keçirilməsi barədə qəbul zamanı məlumatlar verilmiş, Ümummilli liderin 100 illiyi münasibətilə Nəsimi rayonunda da genişmiqyaslı tədbirlərin keçirildiyi qeyd olundu.

Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər