Nəsimi RİH başçısı səyyar qəbulda sakinlərin müraciətlərini dinlədi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir. 28 May, Şamil Əzizbəyov, Vidadi, Balababa Məcidov, Salatın Əsgərova, Sübhü Salayev, Ağadadaş Qurbanov, Puşkin, Mərdanov Qardaşları küçələri əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.
Sakinlərdən Mansurov Tapdıq, Alışova Nazənin, Hüseynov Rasim, Həşimov Hacı, Quliyev Mais, Əmirov Vahid, Sadıqov Müşfiq, Həsənov Rəhim və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən qəzalı bina ilə bağlı tədbir görülməsi, tikinti şirkətinə ayrılmış ərazidə işlərin sürətləndirilməsi, piyada səkisinin təmiri, məişət tullantıları üçün qabların qoyulması, ağacların budanması və götürülməsi, yaşıllıqlara qulluq, dam örtüyünün təmiri barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.
“Heydər Əliyev İli” ilə əlaqədar çoxşaxəli Tədbirlər Planının həyata keçirilməsi barədə qəbul zamanı məlumatlar verilmişdir.
Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu sakinlərin nəzərinə çatdırılmışdır.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.