Nəsimi RİH Başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyində Nəsimi RİH Başçısı yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə iclası keçirilib.
Müstəqil Azərbaycanda milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı‐seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Ailədaxili zorakılıqdan ən çox zərər çəkənlər uşaqlardır.Ana‐ata arasındakı mənəvi və fiziki basqı altında çox vaxt uşaqlar qalırlar.Valideynlər arasındakı anlaşılmazlıqlardan, davalardan, zorakılıq- dan uşaqların da payına düşür. Ailədaxili zorakılıq zamanı uşağa yönəlmiş istər fiziki, istərsə də mənəvi basqı sərgiləyən hər cür davranış uşağın gələcək həyatında silinməz izlər qoyur.
Nəsimi RİH Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə iclas keçirilib.
Görüşdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Nəsimi rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri və şəhid ailələri iştirak ediblər.
Nəsimi RİH Başçısının 2 nömrəli Sahə İƏD üzrə nümayəndəsi Nuru Əhmədov işçi qrupunun gördüyü işlərlə bağlı məlumat verdi.
İşçi qrupunun sədri İmamverdi Həmidov çıxış edərək məişət zorakılığının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyindən danışdı.
Sonra mövzu ilə bağlı aparılan müzakirələr zamanı monitorinq qrupunun üzvləri baş vermiş məişət zorakılığı halları ilə bağlı monitorinq qruplarına daxil olmuş müraciətlər və bu sahədə görülmüş işlər, o cümlədən ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər barədə məlumat verdilər.
İclasda gündəlikdə duran məsələlər geniş müzakirə edilərək aidiyyəti şəxslərə müvafiq tövsiyələr verilmişdir.