Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi RİH-də geniş tərkibdə müşavirə keçirildi

29 oktyabr 2024 | 10:25

2024-cü il 11-22 noyabr tarixlərində  Azərbaycanda müxtəlif ölkələri təmsil edən on minlərlə nümayəndənin iştirakı ilə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçirilməsi ilə əlaqədar Nəsimi Rayonu üzrə irəli gələn vəzifələrlə bağlı müşavirə keçirilmişdir.

RİH başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov müşavirəni açaraq bildirmişdir ki, yerlərdə bütün həyati vacib sahələrin, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun, mühəndis-kommunikasiya sistemlərinin, habelə tibb müəssisələrinin və digər qurumların ciddi əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz  fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi, rayon  ərazisinin sanitar təmizliyinin daim diqqətdə saxlanılmasının təmin edilməsi barədə verilmiş tapşırıqların icrasının təmin olunması məqsədilə  İcra Hakimiyyəti başçısı yanında geniş tərkibdə xüsusi qərargah və işçi qrupları yaradılmışdır.  Qərargahın və işçi qruplarının tərkibinə RİH başçısı Aparatının məsul əməkdaşları, Sahə İƏD üzrə nümayəndələr, hüquq-mühafizə və səhiyyə orqanlarının nümayəndələri, bələdiyyə, kommunal və xidmət sahələrinin rəhbərləri daxil edilmişdir. Rayon İcra Hakimiyyətində “qaynar xətt”, fasiləsiz növbətçilik təşkil edilmişdir.

Müşavirədə çıxış edən RİH başçısının birinci müavini Gülarə Verdiyeva rayon ərazisindəki müəssisə və təşkilatların, xüsusilə tibb müəssisələrinin, turizm  obyektlərinin, hotellərin dayanıqlı fəaliyyət göstərmələrinin təmin edilməsinin vacibliyini qeyd etdi.

RİH başçısının müavini Ramiz Quliyev COP29 tədbirlərinə hazırlıq ərəfəsində paytaxtımızın hər yerində olduğu kimi Nəsimi rayonunda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını, ağacəkmə aksiyalarının keçirldiyini, xüsusilə binaların və obyektlərin fasadlarının, dam örtüklərinin, hasarların təmir olduğunu bildirdi.

Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov rayon  ərazisinin sanitar təmizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü, birliyin kollektivinin güçləndirilmiş iş rejimində çalışdığını qeyd etdi.

Xidmət sahələrinin rəhbərləri tərəfindən rayon ərazisində su, elektrik enerjisi, qaz, istilik təchizatı ilə bağlı problemlərin olmadığı, payız-qış mövsümünə, xüsusilə keçiriləcək beynəlxalq tədbirə dair zəruri hazırlıq işlərinin həyata keçirildiyi, təsərrüfatların sabit fəaliyyətinin təmin edildiyi vurğulandı.

Yekunda aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər