Nəsimi RİH-də müşavirə keçirilib
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29 keçirilməsi ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində yaradılmış Qərargahın işçi qruplarının geniş tərkibdə yığıncağı keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və işçi qrupunun üzvləri iştirak etmişdir.
RİH başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov müşavirəni açaraq 2024-cü il 11-22 noyabr tarixlərində COP29 keçirilməsi ilə əlaqədar bildirmişdir ki, Nəsimi rayonu ərazisində bütün həyati vacib sahələrin, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun, mühəndis-kommunikasiya sistemlərinin, habelə tibb müəssisələrinin və digər qurumların əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi, rayon ərazisinin sanitar təmizliyinin daim diqqətdə saxlanılmasının təmin edilməsi irəli gələn əsas vəzifələrdəndir.
Qeyd edilmişdir ki, verilmiş tapşırıqların icrasının təmin olunması İcra Hakimiyyəti başçısı yanında yaradılmış - RİH başçısı Aparatının məsul əməkdaşları, Sahə İƏD üzrə nümayəndələr, hüquq-mühafizə və səhiyyə orqanlarının nümayəndələri, bələdiyyə, kommunal və xidmət sahələrinin rəhbərlərindən ibarət olan xüsusi qərargah və işçi qruplarının üzərinə düşür.
RİH başçısının birinci müavini Gülarə Verdiyeva və RİH başçısının müavini Ramiz Quliyev çıxış edərək rayon ərazisindəki müəssisə və təşkilatların, tibb müəssisələrinin, turizm obyektlərinin, hotellərin dayanıqlı fəaliyyət göstərmələri üçün zəruri tədbirlərin görüldüyünü qeyd etdilər.
Müşavirənin sonunda aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verildi.