Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi RİH-də Qərargahın yığıncağı keçirildi

06 noyabr 2024 | 10:21

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29 keçirilməsi ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində yaradılmış Qərargahın oktyabr ayının 5-də yığıncağı keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Rayon Polis İdarəsinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC və “Azəriqaz” İstehsalat Birliyinin, Kommunal Təsərrüfatı Birliyinin yerli qurumlarının, Bələdiyyənin rəhbərləri iştirak etmişlər.

Yığıncaqda 2024-cü il 11-22 noyabr tarixlərində  COP29 keçirilməsi ilə əlaqədar Nəsimi Rayonu üzrə irəli gələn vəzifələrlə bağlı məsələlər geniş müzakirə edilmiş və görülmüş işlər barədə məlumatlar dinlənilərək təhlillər aparılmışdır.

RİH başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov müşavirəni açaraq yerlərdə bütün həyati vacib sahələrin, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun, mühəndis-kommunikasiya sistemlərinin, habelə tibb müəssisələrinin və digər qurumların əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz  fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görüldüyünü, xüsusilə rayon  ərazisinin sanitar təmizlik işlərinin normal vəziyyətdə saxlanılmasının təmin edildiyini bildirdi.

RİH başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək rayon ərazisindəki müəssisə və təşkilatların, xüsusilə tibb müəssisələrinin, turizm  obyektlərinin, hotellərin dayanıqlı fəaliyyət göstərmələri üçün zəruri tədbirlərin görüldüyünü, görülən işlərin gündəlik olaraq mediada, RİH-nin internet saytında işıqlandırıldığını qeyd etdi.

RİH başçısının müavini Ramiz Quliyev COP29 tədbirlərinə hazırlıq ərəfəsində paytaxtımızın hər yerində olduğu kimi Nəsimi rayonunda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını, xüsusilə binaların və obyektlərin fasadlarının, dam örtüklərinin, hasarların təmir olduğunu, yaşıllıqların mühafizəsi və ağacəkmə aksiyalarının keçirldiyini  bildirdi.

Rayon Polis İdarəsinin rəis müavini Elçin Mirzəli şəxsi heyət tərəfindən rayon ərazisində ictimai asayişin və təhlükəsizliyin təmin olunması üçün zəruri profilaktik, o cümlədən inzibati qaydapozmalarla bağlı tədbirlərin görüldüyünü, qanunsuz küçə ticarəti hallarının qarşısının qətiyyətlə alındığını və bu işlərin verilmiş tapşırıqlara uyğun ciddi şəkildə davam etdiriləcəyini vurğuladı.

Yığıncağın gedişində RİHBA-nın məsul əməkdaşlarının, Sahə İƏD üzrə nümayəndələrin, Xidmət sahələrinin rəhbərlərinin verdikləri məlumatlarda keçiriləcək  beynəlxalq tədbirlə bağlı verilmiş tapşırıqların icra edildiyi bildirildi.

Yekunda Qərargahın sədri Zahid Xəlilov qarşıdan gələn, Azərbaycan xalqının qürurla qeyd etdiyi 8 Noyabr –Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü bayramları ilə əlaqədar hər bir sahə üzrə verilmiş tapşırıqların məsuliyyətlə yerinə yetirilməsinin,  COP29 tədirləri çərçivəsində irəli gələn məsələlərin operativ həllinin zəruriliyini qeyd etdi və aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.

 

Keçidlər