Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi RİH-nin əməkdaşı Zemfira Xələfovanın 65 illik yubileyi qeyd olundu.

19 oktyabr 2023 | 16:17

Nəsimi rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyətinin əməkdaşı Zemfira Xələfovanın 65 illik yubileyi münasibəti ilə tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov yubilyarın əmək fəaliyyəti barədə geniş məlumat verib, onun dövlət qulluğunda göstərdiyi səmərəli xidməti xüsusi vurğulayaraq doğum günü münasibəti ilə rayon İcra Hakimiyyətinin kollektivi və öz adından təbrik edib.

Başçı çıxışına davam edərək xüsusi vurğulayıb ki, Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılmışdır. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. 

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət qulluğu siyasəti bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır” – deyən ölkə başçısı tərəfindən dövlət qulluğu sahəsinin inkişafına xüsusi diqqət yetirilir.

Tədbirdə kollektivin üzvləri də təbriklə bağlı ürək sözlərini bölüşmüşlər.

Sonda yubilyar ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.

Keçidlər