Nəsimi RİH-nin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.
26 fevral 2025 | 16:02
Bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Abidənin önünə gül dəstələri düzülüb, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.