Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi RİH yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun iştirakı ilə müşavirə keçirildi.

22 avqust 2022 | 10:34

Nəsimi RİH yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Gülarə Verdiyeva mövzunun aktuallığından danışaraq qadın və uşaq hüquqlarının qorunmasının dövlətimizin prioritet istiqamətlərindən olduğunu vurğulamış və sosial maarifləndirmənin problemin tənzimlənməsinə önəmli təsirini qeyd etmişdir. Cari ilin 8 ayı ərzində 28 iclas, 15 monitorinq keçirilmiş, məişət zorakılğının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülmüş, rayon ərazisində yaşayan və zorakılığa məruz qalmış sakinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində monitorinqlər keçirilərək ola biləcək mənfi halların qarşısı alınmışdır. Daxil olmuş rəsmi müraciətlərdən 2 məişət zorakılğına məruz qalmış (zərərçəkmiş) şəxsə order verilmiş, məişət zorakılığının doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələri barədə müraciətlərdə öz əksini tapmayan hallar ilə əlaqədar 11 vətəndaş ilə profilaktiki söhbətlər aparılaraq qanunvericiliyin tələbləri izah edilmiş və müvafiq xəbərdarlıqlar olunub.  

Natiq qeyd etdi ki, “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu” tərəfindən fiziki və ya hüquqi şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından, təhsil, səhiyyə müəssisələrindən, o cümlədən qeyri-hökumət təşkilatlarından, kütləvi informasiya vasitələrindən daxil olmuş müraciətlərə baxılaraq müvafiq tədbirlər görülmüşdür. Eyni zamanda AQUPUDK-dən, Ombudsmandan və ya şəxsən vətəndaşın özün tərəfindən Baş vermiş məişət zorakılığı halları ilə bağlı dövlət orqanlarına müraciət etmiş şəxslər, məişət zorakılığı halları ilə bağlı aparılmış araşdırmalar və araşdırmaların nəticələri barədə məlumatlar məlumat bankında toplanır.  Həmçinin Nəsimi rayon İcra Hakimiyyəti  tərəfindən məişət zorakılığı ilə bağlı toplanan məlumatlar əsasında ümumiləşdirmələr və təhlil materialları hazırlanaraq məlumat bankına daxil edilir. Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrasına uyğun olaraq məişət zorakılığı ilə mübarizə mövzusunda məlumatlandırma və maarifləndirmə tədbirləri həyata keçirilməkdədir. Belə ki, “Ailə dəyərləri”, “Zorakılığa yox deyək!” , “Məişət zorakılığı vətəndaş  cəmiyyətinin əsaslarına ciddi zərbə vurur.”  adlı maarifləndirmə tədbirləri təşkil olunaraq məişət zorakılığına yol vermiş şəxslərə təsir etmək və qurbanın hüquqlarını ciddi şəkildə müdafiə etmək öhdəliyi, məişət zorakılığına səbəb olan qeyri-bərabərliyi aradan qaldırmaq məqsədi ilə addımlar atılmışdır.

Eyni zamanda mövzu ilə əlaqədar bir çox görüşlər və dəyirmi masalar təşkil olunmuşdur. Buna misal olaraq  15 İyun-Beynəlxalq Ailə günü münasibətilə gənclərlə yaşlı nəslin görüşünü qeyd etmək olar. Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, elm və mədəniyyət işçiləri, yaşlı nəslin nümayəndələri və gənclər iştirak ediblər. Keçirilən tədbirdə müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilmişdir. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini hər zaman vurğulamışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də uğurla  həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti , Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərməkdədirlər. Görüşdə gəncləri maraqlandıran suallar cavablandırılmışdır. “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və bu sahədə maarifləndirmə işinin gücləndirilməsi monitorinq qrupunun üzvlərinə tövsiyyələr verilmişdir.

Müşavirədə Sahə İnzibati Ərazi Dairəsi üzrə monitorinq qrupunun və Nəsimi Bələdiyyəsinin monitorinq qrupunun üzvlərinin hesabatları dinlənilib.

Sonda Nəsimi rayon gənclərini maraqlandıran suallara cavab verilib.

Bu məqsədlə məişət zorakılığına məruz qalmış şəxslərin müəyyən edilərək onların hüquqlarının və mənafelərinin müdafiəsi üçün tədbirlərin həyata keçirilməsi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələrinə və bələdiyyə sədrlərinə tövsiyə edilib.

Keçidlər