Nəsimidə gənc sahibkarların və startapçıların qarşılaşdıqları çətinliklərlə bağlı görüş keçirildi.
Gənc sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması məqsədilə rayon icra hakimiyyətində görüş keçirlmişdir.Görüşdə bildirilmişdir ki, Startap miqyaslana biləcək bir biznes modeli öncə axtarmaq, daha sonra inkişaf etdirmək və təsdiqləmək üçün yaranan şirkət və ya bir layihədir. Buraya özünüməşğulluq fəaliyyəti, və böyümək niyyətində olmayan müəssisələr də daxildir. Startap isə yalnız təsisçidən ibarət yox, kənar ərazilərdə inkişaf etmək niyyətində olan, işçiləri olan və sürətlə böyümək məqsədi daşıyan yeni müəssisə növüdür.
Keçirilmiş görüşdə inkişaf etmək üçün lazım olan dəstək tədbirləri müzakirə olunaraq, təkliflər dinlənildi, onların sahibkarlıq fəaliyyəti və dövlət dəstəyi mexanizmləri barədə suallar cavablandırıldı.