Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimidə inşaat sektorundakı vəziyyət müzakirə edildi

18 iyul 2023 | 10:18

17.07.2023-cü il tarixdə Rayon İcra Hakimiyyətində  iş adamları ilə müşavirə keçirilmişdir. Müşavirədə rayon ərazisində fəaliyyət göstərən tikinti təşkilatlarının rəhbərləri və Mənzil Tikinti Kooperativlərinin nümayəndələri iştirak etmişlər.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparıldığını, iqtisadiyyatın bütün sahələrinin, o cümlədən inşaat sektorunun durmadan inkişaf etdiyini, sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradıldığını qeyd edən RİH başçısı Asif Əsgərov Nəsimi rayonunda nəzərəçarpacaq quruculuq işlərinin aparıldığını vurğuladı.

Bildirilmişdir ki, son illərdə Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi məqsədilə ölkə rəhbərliyinin tapşırıqlarının və müvafiq qərarların icrası üçün  RİH tərəfindən təkliflər hazırlanmış, investorlar cəlb olunmuş, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış pilot layihələrin həyata keçirilməsinə başlanmışdır. Qısa müddətdə bir sıra layihələr uğurla  başa çatdırılmışdır. Uzun illər yaşayış üçün yararsız vəziyyətdə olan mənzillərdə yaşamış və inşa edilmiş yeni binalardakı mənzillərə köçən yüzlərlə ailələr böyük razılıq hissləri ilə ölkə başçısına minnətdarlıqlarını bildirməkdədirlər. Hazırda nəzərdə tutulan işlərin tamamalanması üçün işlər intensiv  davam etdirilr və yeni layihələrin icrasına start verilir.

RİH başçısı hazırda söküntü-tikinti işlərinin aparıldığı ərazilərdə şirkətlər tərəfindən inşaat və təhlükəsizli, sanitar  normalarına ciddi əməl olunması, köçürülmə proseslərinin mülkiyyətçilərlə qarşılıqlı razılaşma əsasında həyata keçirilməsi, kirayə haqlarının vaxtında ödənilməsi, bağlanmış müqavilələrdəki öhdəliklərin yerinə yetrilməsinin zəruriliyini qeyd etdi. Bu sahədə nöqsanlara, sakinlərin haqlı narazılıqlarına səbəb olan hallara yol verilməməsi, yaranan mübahisələrin işgüzar və qarşılıqlı razılaşma əsasında vaxt itirmədən həllinə nail olunmasının vacibliyi müşavirə iştirkçılarının nəzərinə çatdırıldı.

Müzakirələr zamanı müqavilələrin bağlanması proseslərində bəzi sakinlər tərəfindən qeyri-real şərtlərin irəli sürülməsi, mövcud bazar dəyərlərindən qat-qat artıq təzminat tələbləri, qarşılıqlı razılığın əldə olunmaması süni maneələr yaratmaqla layihələrin vaxtında həyata keçirilməsinə   imkan vermədiyi qeyd olundu.

Çıxış edən şirkət nümayəndələri sahibkarlığın inkişafı və  fəaliyyətləri üçün yaradılan əlverişli şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, onlara icrası  həvalə edilən layihələrlə bağlı bütün öhdəliklərin, o cümlədən  əhalinin rifahına yönələn tədbirlərin həyata keçirilməsi üçün imkanlarını əsirgəməyəcəklərini qeyd etmişlər.

Keçidlər