Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimidə növbəti iməcilik keçirildi.

04 may 2024 | 10:02

Bakı şəhərində müxtəlif tədbirlərin keçirilməsi, çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar,  insanların kütləvi şəkildə istirahət edəcəyi parklarda, küçə və prospektlərdə  təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı növbəti iməclik keçirildi.

İməciliyin məqsədi rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığını bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunmasından ibarətdir.

İməcilikdə rayonun kommunal xidmətləri tərəfindən təmizlik işləri aparılmış, prospekt və küçələrdə yollar, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyulmuşdur.

Nəsimi rayonu ərazisində yaşıllıq zolaqlarında və hasarlanmış ərazilərdə yanğın hadisələrinin qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlər keçirilmişdir. İməclikdə məhələllərdə,  rayon ərazisində boş sahələrdə, mərkəzi küçə və prospektlərin yol kənarlarında alaq otları təmizlənmiş, səliqə-səhman işləri aparılmışdır.

Eyni zamanda  ənənəvi olaraq rayon ərazisində yerləşən ticarət obyektlərinin vitrinləri də yuyularaq təmizlənmişdir. Rayonda ənənə halını almış iməciliklərdə sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdiriblər.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.

Keçidlər