Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimidə növbəti iməcilik keçirildi.

29 iyun 2024 | 11:08

Bakı şəhərində müxtəlif tədbirlərin keçirilməsi, çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar,  insanların kütləvi şəkildə istirahət edəcəyi parklarda, küçə və prospektlərdə  təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı növbəti iməclik keçirildi.

İməciliyin məqsədi rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığını bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunmasından ibarətdir.

İməcilikdə rayonun kommunal xidmətləri tərəfindən təmizlik işləri aparılmışdır.  Prospekt və küçələrdə yollarda badürlər, eyni zamanda işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyulmuş, yağış kürəbəndləri təmizlənmişdir.

Rayonda ənənə halını almış iməciliklərdə sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdiriblər.

Keçidlər