Nəsimidə RİH başçısının səyyar qəbulu keçirildi.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 24 avqust 2022-ci il tarixdə 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH Başçısı Asif Əsgərov qəbulda iştirak edən Azadlıq prospekti, A.Bakıxanov, Y.V.Çəmənzəminli, N.Vəzirov, M.Qaşqay küçələrinin əhatəsində, həmçinin rayonun digər ərazilərində yaşayan sakinlərin müraciətlərini dinləmişdir.
Sakinlərdən Sultanova Adilə, Əzizov Polad, Qayıbova Məlahət, Axundova Nərminə, Ağamalıyeva Firuzə, Haqverdiyeva Fatma, Əliyeva Nübar, Həsənova Yeganə və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən küçənin işıqlandırılması, binanın və həyətin abadlaşdırılması, kanalizasiya xəttinin təmiri, iş ilə təmin, ağacların budanması, istilik sisteminin təmiri barədə müraciətlər etdilər.
İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən layihələr barədə söhbət aparmışdır
Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.