Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimidə RİH başçısının səyyar qəbulu keçirilmişdir.

21 sentyabr 2022 | 11:57

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmiş, sakinlərin müraciətləri dinlənilmişdir.

Sakinlər bir sıra məsələlərlə ilə bağlı, o cümlədən istismar müddəti keçmiş binanın eyvanının qəzalı vəziyyətdə olması, yeni layihə ərazisinə düşən tikililərin sökülməsinin sürətləndirilməsi, qəzalı vəziyyətdə olan binalar, mənzil məsələsi, qonşu mənzildən su sızması,  quru ağacın götürülməsi  barədə müraciətlər etmişlər. Bir qrup sakin yaşadıqları məhəllədəki evlərin istismar müddəti keçdiyindən yararsız və yaşayış üçün əlverişsiz olduğunu nəzərə alaraq yeni layihələrə salınması istəyini bildirmişlər.

Qəbulda Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi, ərazi bütövlüyümüzün təmin olunması, xalqımızın rifahı və tərəqqisi naminə atılan müdrik addımlardan,  Nəsimi rayonunda da görülən işlərdən ətraflı danışılmışdır. Müraciətlərdə sakinlər istəkləri ilə bərabər, ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşməsi, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər