Nəsimidə Şəhidlərin adları əbədiləşdirilir
44 günlük Vətən müharibəsi dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı.
Müharibədən sonrakı dövürdə bütün Respublika ərazisində olduğu kimi Nəsimi rayonunda da şəhid ailələri və qazilər daima diqqət və qayğı ilə əhatə olunur.
Şəhid adının əbədiləşdirilməsi üçün rayon ərazisində bir sıra işlər aparılıb və tədbirlər keçirilib. Müvafiq qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra “ Qarabağ ”ordeni ilə təltif olunmuş baş leytenant Abdullayev İbrahim Habil oğlunun, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş kapitan Babaxanov Elman Ağamirzə oğlunun, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş mayor Cəfərov Ruslan Gündüz oğlunun ,3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş əsgər Tarıverdiyev Nicat Şöhrət oğlunun adı Nəsimi rayonunun inzibati ərazisində yerləşən küçələrə verilib.
Rayon İcra Hakmiyyəti tərəfindən qeyd olunan küçələrdə küçə adı göstərən lövhələr quraşdırılmış və istifadəyə verilmişdir.
3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif olunmuş əsgər Kərimli İsmayıl Ceyhun oğlunun adına küçə verilməsi üçün işlər aparılmaqdadır.