Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami küçəsi boyu cari təmir və səliqə-səhman işləri aparılıb.

07 iyun 2024 | 10:03

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmiri işləri davam etdirilir.

Eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar,  mərkəzi küçə və prospektlərdə  təmizlik və abadlıq işlərinin, şəhərin ümümi görünüşünə xələl gətirən binaların fasadlarında və müxtəlif ünvanlarda təmir-barpa işlərinin  daha da intensiv şəkildə aparılması davam etdirilir.

Rayonun  Nizami küçəsi boyu istinad divarlarında, piyada səkilərində cari təmir-bərpa işləri aparılıb.  Eyni zamanda küçə boyu ağaclar budanılıb, yaşıllıq zolaqlarına qulluq göstərilib, səliqə-səhman işləri aparılıb.

Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Keçidlər