Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti bir qrup şəhid ailəsi üzvləri Ümrə ziyarıtindən qayıtdı.

19 noyabr 2022 | 12:32

Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və qaldırdıqları digər məsələlərin operativ surətdə həll olunması daim rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. 

Şəhid ailə üzvlərinin müraciətləri nəzərə alınaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 7 şəhid ailəsi üzvü 10 – 17 noyabr tarixlərində Ümrə ziyarətinin yerinə yetirilməsi üçün Səhudiyyə Ərəbistanına yola salınıblar. Ziyarət çərçivəsində zəvvarlar Mədinə və Məkkə şəhərlərində müsəlmanlar üçün tarixi əhməiyyət kəsb edən məbədləri ziyarət edib və bir sıra dini ainləri yerinə yetiriblər.  

Ötən gün ziyarətdən qayıtdıqdan zəvvarlar Nəsimi rayon İcra Hakimiyyətinin məhsul əməktaşları, qazilər və yaxın qohumları tərəfindən Heydər Əliyev adına beynəlxalq hava limanında qarşılanıblar.

Keçidlər