Şriftin ölçüsü :

Saytın rəngi :

NÖVBƏTI BIR QRUP ŞƏHID AILƏSI ÜZVÜLƏRI ÜMRƏ ZIYARƏTINƏ YOLA SALINDI.

10 noyabr 2022 | 11:40

Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və qaldırdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. 

Müraciətləri nəzərə alınaraq, rayon İcra Hakimiyyətinin dəstəyi ilə növbəti  7 nəfərdən ibarət şəhid ailə üzvləri qrupu bu gün Ümrə ziyarətinə yola salındı.

Qeyd edək ki, qisa bir müddətdə sentyabr, oktyabr, noyabr ayları ərzində 17-si şəhid ailə üzvü, 3-ü isə rayon ərazində yaşayan aztəminatlı ailələrin üzvü olmaqla 20 nəfərin  Ümrə ziyarətinə yolla salınması üçün müvafiq tədbirlər görülmüşdür.

Yaxın vaxtlarda  digər şəhid anaları və qazilərin də istəkləri nəzərə alınaraq ziyarətə yola salınmaları  üçün rayon İcra Hakimiyyəti tərəfindən müvafiq köməkliklər göstəriləcəkdir.

Zəvvarlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər