Novruz bayramı ərəfəsində Vətən Müharibəsi Şəhidi mayor Bərxudarov Toğrul Məmməd oğlunun ailəsi ziyarət olundu.
Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmasını təşkil edir.
Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.
Novruz bayramı ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhidi mayor Bərxudarov Toğrul Məmməd oğlunun ailəsi RiH-nin başçısı tərəfindən ziyarət olunub və ailəyə bayram sovqatı çatdırılıb.
Səmimi söhbət əsnasında ailə onları narahat edən problemlər barədə danışıb. Qaldırılıan məsələlərin həlli üçün RİH başçısı tərəfindən dərhal müvafiq göstərişlər verilib
Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.