Şriftin ölçüsü :

Saytın rəngi :

Novruzov Qardaşları adına 36 nömrəli tam orta məktəbdə Şəhid Natiq Novruzovun anım günü ilə əlaqədar tədbir keçirilib.

27 may 2023 | 10:39

Novruzov Qardaşları adına 36 nömrəli tam orta məktəbdə şəhid Natiq Novruzovun anım günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Şəhid Natiq Novruzovun anası Lətifə Novruzova, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, müharibə əlilləri, 36 nömrəli tam orta məktəbin kollektivi və şagirdləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları məktəbin həyətində şəhidlər- Azər və Natiq Novruzov qardaşlarının xatirəsinə ucaldımış abidənin önünə gül dəstələri düzdülər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni  səsləndirilmiş və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan şəhidin anası Lətifə Novruzova çıxış edərək tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir. Xüsusi vurğulandı ki, rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının hər birinin qayğısı bizim qayğımızdır.

Tədbirin sonunda məktəblilərin hazırladıqları kompazisiyalar tədbir iştirakçılarına təqdim olundu.

Sonda xatirə şəkili çəkilib.

Keçidlər