Şriftin ölçüsü :

Saytın rəngi :

Parklarda cari təmir işləri aparılıb.

15 oktyabr 2022 | 11:25

Bakı şəhərində  aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün rayon ərazisindəki mövcud parklarda, məhəllə və həyətlərdə cari təmir işləri davam etdirilir.

Abadlıq və cari təmir  işləri zamanı park və məhəllələrdə oturacaqlar, işıq dirəkləri rənglənib, təmir edilib, sanitar-təmizlik işləri aparılaraq mövcud yaşıllıqlar bərpa olunub.

Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Keçidlər