Parklarda və ayrı-ayrı ünvanlarda cari təmir işləri aparılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam
Nəsimi rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etdirilir. Belə ki, əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda, abad həyətlərdə əsaslı və cari təmir işləri aparılır.
Aparılan cari təmir işləri zamanı Nəsmi rayonunda yerləşən İzmit parkında idman qurğuları təmir edilib, Cavadxan küçəsi 38 saylı ünvanda konteyner meydançaları genişləndirilmişdir. Eyni zamanda rayonun ayrı-ayrı küçə və prospektlərində yarasız vəziyyətdə olan səkilərdə tamet daşları bərpa olunmuş, ehtiyac olan yerlərdə urnalar quraşdırılmışdır.
Qeyd edək ki, Moskva prospekti 68 və 72 saylı binaların sakinlərinin muraciətləri nəzərə alınaraq mənzillərin nəmlənməsinin qarşısının alınması üçün binalara dəmir üzlüklər də vurulmuşdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.