Pilləkən və səkilərdə əsaslı təmir işləri aparıldı.
14 oktyabr 2022 | 09:56
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Sakinlərin müraciətləri nəzərə alınaraq piyadaların sərbəst hərəkəti üçün təmirə ehtiyacı olan Nəsimi rayon 20 yanvar küçəsi 29 saylı ünvanında pilləkənlər və H.Seyidzadə küçəsi 37 saylı ünvanda mərkəzi yolda səkilər əsaslı təmir olunmuşdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.