Piyada səkilərində cari təmir işləri aparılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yolların bərpası, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonunun Dilarə Əliyeva küçəsi, Rəşid Behbudov küçəsi və Azadlıq prospekti boyunca mərkəzi küçələrdə yararsız hala düşmüş piyada səkilərində cari təmir işləri aparılıb. Yararsız hala düşmüş piyada səkilərdə bərpa işləri aparılıb, bardürlər düzülüb, yeni tamet daşları vurulub. Eyni zamanda gözdən əlil insanların hərəkəti üçün xüsusi sarı rəngdə zolaqlar salınmışdır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.