Şriftin ölçüsü :

Saytın rəngi :

"Qadın hüquqlarının qorunmasında konstitusion dəyərlər və Heydər Əliyev ideyaları" mövzusunda tədbir keçirilib

03 noyabr 2025 | 15:08

Nəsimi Rayon İcra Hakimiyyəti və Bakı Qızlar Universitetinin birgə təşkilatçılığı ilə ali təhsil ocağında “Qadın hüquqlarının qorunmasında konstitusion dəyərlər və Heydər Əliyev ideyaları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, Bakı Qızlar Universitetinin, hüquq-mühafizə orqanlarının nümayəndələri və tələbə gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Bakı Qızlar Universitetinin rektoru, professor Sevinc Rəhimova açaraq tədbirin əhəmiyyətindən danışdı.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxışında müstəqil dövlətimizin suveren gələcəyinin qurulmasında qadınların rolundan bəhs edib. Qeyd olunub ki, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu öndərimiz Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu siyasət uğurla davam etdirilir.

Bakı Qızlar Universitetinin dekanı İlahə Quliyeva, Nəsimi rayon Məhkəməsi sədrinin köməkçisi Gülnar Hüseynova, Nəsimi rayon Polis İdarəsinin polis mayoru Yeganə Zeynalova çıxış edərək konstitusion və elmi müstəvidə qadınların hüquqlarının vacibliyini vurğulayıblar.

Tədbirdə Bakı Qızlar Universitetinin tələbələri də çıxış edərək, gənclərə göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər