Şriftin ölçüsü :

Saytın rəngi :

Qaraheybət Helikopter qəzasında şəhid olan Əliyev Emil Elman oğlunun doğum günüdür.

25 fevral 2024 | 08:12

Soyad: Əliyev   

Ad: Emil

Ata adı: Elman

Doğum tarixi: 25.02.1986

Şəhid olub: 30.11.2021

Rütbə: mayor

Təltifləri

«Vətən uğrunda» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı

 

Mayor- Əliyev Emil 1986-cı il 25 fevral tarixində Naxçıvan şəhərində anadan olmuşdur. 4-cü sinifə qədər Naxçıvanda, 1996-cı ildən isə Bakıda 36 saylı orta məktəbdə təhsil alıb.

2008-ci ildə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin aviasiya hərbi qulluğunda xidmətə başlamışdır. Xidmətdə olduğu müddətdə mayor rütbəsinə qədər qalxmışdır. 44 günlük Vətən müharibəsində iştirak etmiş və “Vətən Uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 2021-ci il 30 noyabrda Səngəçaldan qalxan helikopterin Xızı rayonunda yerləşən Qaraheybət aviasiya poliqonuna enişi zamanı helikopterin qəzaya uğraması nəticəsində digər 13 nəfər ekipaj üzvü ilə birlikdə Şəhid olmuşdur.

Əliyev Emil Elman oğlu II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Keçidlər